CaspiMayr — Xəzər sahilində sağlamlıq məkanı
Cəmi 30 kilometr məsafədə, Bakının yaxınlığında yerləşən Sea Breeze Resort-un unikal atmosferasında, CaspiMayr sizin yenilənmə yolçuluğunuzun başladığı yerdir.
Xüsusi çimərliyi, təmiz dəniz havası və təbiətlə əhatələnmiş məkanda yerləşən CaspiMayr — istirahət, bərpa və dərin sağlamlıq üçün ideal şəraiti təqdim edir.
Təcrübəli həkim və terapevtlərimizin nəzarəti altında, sizə fərdi olaraq hazırlanmış proqram tətbiq olunur — həyat tərziniz və orqanizminizin bütün xüsusiyyətləri nəzərə alınmaqla.
CaspiMayr-ın sağlamlıq konsepsiyası, məşhur avstriyalı həkim Frans Mayrın metodunun müasir yanaşması əsasında qurulub və sizi daha yaxşı özünühis etməyə, daxili tarazlığa və həyat keyfiyyətinin yüksəlməsinə aparan ilk addım olur.
Burada siz orqanizminizi təmizləyir, immunitetinizi gücləndirir, daxili balansınızı bərpa edir və ruhunuzda harmoniya tapırsınız. Biz simptomları ayrıca müalicə etmirik — sağlamlığa bütöv yanaşır, sizi yeni bir həyat keyfiyyətinə doğru zərif şəkildə yönəldirik.
CaspiMayr — sadəcə bir kurort deyil. Bu, özünü anlamağın və təbiətin gücünü hiss etməyin əsasında sağlamlığın başladığı bir məkandır.